Avqustun 15-də eyni adlı informasiya agentlikləri Timenews.ge və Timesnews.ge eyni məzmunlu materyal yaydılar. Məlumata əsasən, guya Türkiyə vətəndaşları Batumidə Pravoslav din xadimini döyüblər. “Batumidə türklərin etdiyi davranış artıq həddi aşıb, onlar ruhani döyüblər” (Timenews.ge) və “Bunu bağışlamaq olmaz!!! Türk vətəndaşlar din adamına qarşı fiziki təhqirə yol veriblər” (Timenews.ge) başlıqlı məqalələr iddia edirlər ki, bir neçə gün əvvəl Kutaisi küçəsində insident baş verib və hadisə yerinə polis də gəlib.
Türklər tərəfndən rühaninin döyülməsi haqqında yayılan məlumat yanlışdır və bunu sadəcə bir-biri ilə əlaqəsi olan gizli saytlar və ultra-milliyətçi Facebook səhifələri təsdiq edirlər. DİN Batumidə Kobuleti küçəsində rühaninin döyülməsi ilə bağlı bildiriş alınmasını təsdiq etmir, bənzər yanlış məluatlar isə sosial şəbəkələrdə 2012 və 2016-cı illərdə də yayıldı.
1. Məlumatın yeganə mənbəyi bir-biri ilə əlaqəsi olan gizli saytlar və ultra-milliyətçi Facebook səhifəsidir. Timenews.ge-nin məlumatının yeganə mənbəyi Timesnews.ge-dir, öz-ölüyündə Timesnews.ge isə məlumatın mənbəyi kimi ultra-milliyətçi Facebook səhifəsi “Qarşı gəlmək/Resistance” istinad edir. Qeyd olunan veb səhifələr haqqında məlumat almaq çətindir ki, bu da mənbənin etibarlılığını şübhə altına alır.
Timenews.ge-nin veb səhifəsində əlaqə məlumatı qeyd olunmayıb, buna gör ə də redaksiya ilə məlumatı yoxlamaq məqsədi ilə əlaqə saxlamaq mümkün olmadı. Timesnews.ge-nin səhifəsindəki şəhər nömrəsindən bildirdilər ki, səhf nömrəni yığmışıq, mobil nömrədən isə bizə ümumiyyətlə məlumat vermədilər.
2. Döyülmüş rühaninin kimliyi və baş verənləri təsdiq edəcək şahid şərhi məlumatda qeyd olunmayıb. Materiyalda heç döyülən şəxsin kiliyi də göstərilməyib, nə dəki hansı kilsədə fəaliyyət göstərdiyi bildirilməyib. Məlumatda nə də ki insidenti inandırıcı edəcək şahid ifadəsi də qeyd olunmayıb.
3. Rühnin döyülmə faktını DİN təsdiq etmir. Məqalədə qeyd olunur ki, Batumidə insident baş verən yerə polis gəlib. “Miflər detektoru” rühaninin döyülmə faktı haqqında məlumatı oxlamaq üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladı. DN-in məluatına əsasən, 10-15 avqust dönəmində Kutaisi küçəsindən nə polis və nə də kriinal polis şöbələrinə heç bir məlumat daxil olmayıb.
4. Batumidə Provaslav din xadiminə türklər tərəfindən zorakılıq edilməsi haqqında eyni məlumatı müxtəlif aktorlar 2012 və 2016-cı illərdə də yayırdılar. 2012-ci ildə mediya vasitələri aşağıda qeyd olunan başlıqlarla məqalələr yayımlayırdılar: “Batuminin bəzi küçələrinə türklər gürcü rühaniləri buraxmırlar” ( for.ge; yeni nəsil ), burada Kutaisi küçəsinə rühanin buraxılmaması nəzərdə tutulrudu, bu da 2018-ci ilin avqust ayının 15-də timenews tərəfindən yayılan məqalənin məzmunu ilə eynidir. 2012-ci ildə yayılan məlumatın mənbəyi jurnalist Lali Moroşkina idi. 2016-cı ildə GEWORLD.GE-də yayımlanan məqalədə Eupe Melkisedeq (Elizbar Diakonidze), həmçinin bildirirdiki, Batumidə Kutaisi küçəsindən rühaninin keçməsinə icazə verməyilər.
Yalan məlumatın mənbəyi: Gizli veb səhifələri və ultra-milliyətçi platformalar
Ultra-milliyətçi idialoqiya ilə seçilən xüsusi olaraq yaradılmış saytlar və Facebook səhifələri tez-tez nifrət yayırlar. Əsasən iki növ onlayn platforma ayırırlar – açıq nifrət oyadan veb və Facebook səhifələri və gizli saytlar (cloaked websites). C. Denyelin bildirdiyinə görə, bu cür saytları fərdlər və ya quruplar təsis edirlər və öz kimliklərini gizlədirlər və siyasi gündəmləri mövcuddur.